Azərbaycan 2014-cü ilin yanvar-iyul aylarında 38 338 ədəd avtomobil idxal edib. 2013-cü ilin müvafiq dövründə bu rəqəm 58 258 ədəd olub.
Teleqraf.com-un məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında deyilir.
İdxal edilən avtomobillərin 34 618 ədədi insanların daşınması üçün nəzərdə tutulmuş avtomobil və motorlu nəqliyyat vasitələrinin payına düşüb. 2013-cü ilin yanvar-iyul aylarında bu göstərici 52 673 ədəd təşkil edib.
Azərbaycan 2013-cü ildə 104 385 ədəd avtomobil idxal edib. Bu rəqəm 2012-ci ildə 101 255 ədəd olub. İdxal edilən avtomobillərin 94 879-u insanların daşınması üçün nəzərdə tutulmuş avtomobil və motorlu nəqliyyat vasitələrinin payına düşüb. 2012-ci ildə isə bu göstərici 89 652 ədəd təşkil edib.
Bundan başqa, hesabat dövründə ölkəyə 3263 yük avtomobili idxal edilib. Bu rəqəm ötən ilin eyni dövründə 4486-ya bərabər olub. İdxal olunan avtomobillərin qalan hissəsi digər nəqliyyat vasitələrinin payına düşüb.
2013-cü ildə ölkəyə 7823 yük avtomobili idxal edilib. 2012-ci ildə bu rəqəm 9433-ə bərabər olub.