25 Sentyabr 2018 00:30
1 706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və İran arasında strateji əməkdaşlıq müxtəlif sahələr üzrə inkişaf edir.

Teleqraf.com xəbər verir ki, bunu İranın İRNA agentliyinə açıqlamasında Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Nazir müavini bildirib ki, Şimal-Cənub nəqliyyat dəhlizi və regionda həyata keçirilən beynəlxalq dəmir yolu kimi birgə layihələr iki ölkə arasında münasibətlərin inkişafına imkan yaradacaq.

Elmir Vəlizadə qeyd edib ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində İran və Azərbaycanın Astara şəhərləri arasında yeni dəmir yolu xətti çəkilib.


Müəllif: Mənsur Rəğbətoğlu