11 Oktyabr 2018 09:29
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,35 dollar və yaxud 1,56% azalıb.

Teleqraf.com xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 85,14 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.


Müəllif: Teleqraf.com