Dünya bazarlarında neftin qiymətində yenidən bahalaşma müşahidə edilir.
Teleqraf.com xəbər verir ki, “Brent” markalı neftin bir barreli daha 24 sent qalxaraq, 80 dolları keçib.
Yüngül neft isə hazırda 69,4 dollara satılır.
Qeyd edək ki, bir müddət əvvəl “Brent” 4 ilin rekordunu yeniləyərək, 86 dolları keçsə də, qısa müddətdə 79 dollara qədər gerilədi.