23 Oktyabr 2018 14:48
2 099
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları oktyabrən 1-dən 15-ə qədər ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıb.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, son iki həftənin araşdırılması zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 187 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 40 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 50 iş üzrə 51 750 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 17 iş üzrə 99 802,24 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 376 iş üzrə 47 296,78 manat məbləğində ödəmə tətbiq edilib.

Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 30, icra qurumlarına 16, məhkəmələrə isə 3 iş göndərilib.


Müəllif: Aytən

Oxşar xəbərlər