Sabahdan "İnnovasiyalar həftəsi" çərçivəsində tədbirlər başlayır.
Teleqraf.com xəbər verir ki, Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli media nümayəndələri ilə görüş zamanı keçirəcək tədbirlər haqqında məlumat verib. O bildirib ki, oktyabrın 26-dan 30-dək keçiriləcək tədbirlərin əsas məqsədi innovativ layihələri, prosesləri dəstəkləmək və bu məsələləri gündəmə gətirməklə ictimaiyyətin diqqətini bu istiqamətə yönəltməkdir: “Ölkəmizin bütün regionlarında keçirilən “İdeyadan Biznesə” startap turunun finalı “İnnovasiyalar həftəsi” çərçivəsində baş tutacaq. Həmçinin, İnnovasiya Yol Xəritəsi layihəsinin təqdimatı keçiriləcək”.
Görüşd ə"İnformasoya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi"nin direktoru Rauf Cabarov, "Keepface" platformasının Emin Vəli, Azərbaycan Kiber İdman Federasiyanın drektoru Tural Kərimli və "Azİntelecom" MMC-nin departament rəhbəri Ruslan Əliyev də çıxış edərək "İnnovasiyalar həftəsi " çərçivəsində keçirəcəyi tədbirlər haqqında məlumat veriblər.