16 Dekabr 2018 11:14
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 18-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin dövlət qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Teleqraf.com xəbər verir ki, diskontlu, qısamüddətli dövlət istiqrazlarının ümumi həcmi 40 milyon manat, nominal dəyəri 100 manat, tədavül müddəti 364 gündür. İstiqrazlar 2019-cu il dekabrın 17-də ödəniləcək. "PAŞA Kapital" İnvestisiya Şirkəti QSC anderrayter vəzifəsində çıxış edir.

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizindən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər