4 Yanvar 2019 11:13
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Teleqraf.com-a açıqlamasında bildirib ki, yanvar ayının 5-6-da ölkə ərazisində hava şəraitinin mülayim və gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir: "Səhər saatlarında bəzi yerlərdə zəif duman, çişkin olacağı istisna olunmur. Qərb küləklərinin üstünlüyü müşahidə olunacaq. Bəzi yerlərdə arabir güclənəcək".

Onun sözlərinə görə, növbəti günlərdə ölkə ərazisində havanın temperaturunda mühüm bir dəyişiklik gözlənilmir: "Bakıda və Abşeron yarımadasında havanın temperaturu 9-15, mərkəzi Aran rayonlarında 10-15, dağlıq ərazilərdə isə 3-7 dərəcə isti müşahidə olunacaq".


Müəllif: Teleqraf.com