Azərbaycan neftinin qiyməti yanvarın 9-da 62,49 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 2,86 dollar/barel çoxdur.
Teleqraf.com xəbər verir ki, Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 61,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,87 dollar/barel çoxdur.