İqtisadiyyat və Sənaye Nazirliyi yeni müsabiqə elan edib.
Teleqraf.com-un məlumatına görə, müsabiqə kadr ehtiyatı yaratmaq məqsədilə sənayenin müxtəlif sahələri üzrə ali təhsilli və bu sahədə azı 5 il iş təcrübəsi olan şəxslər üçün təşkil olunub.
Müsabiqədə iştirak etmək istəyən şəxslər şəxsiyyət vəsiqəsinin surəti, kadrlar uçotunun şəxsi vərəqi, tərcümeyi-hal, ali təhsil haqqında sənədin, əmək kitabçasının, müvafiq bilik və ya ixtisasartırma sertifikatlarının (olduğu halda) surətləri, 4x6 sm ölçüdə 1 ədəd fotoşəkil bu il mayın 20-dək nazirliyə təqdim etməlidir.
Naibə