25 Fevral 2019 15:35
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkədə qiymət artımınına rast gəlinmir. Əgər hardasa, hansısa işbaz bunu edirsə, bilinməlidir ki, bunun heç bir əsası yoxdur.

Bunu Teleqraf.com-a açıqlamasında keçmiş maliyyə naziri, iqtisadçı Fikrət Yusifov deyib.

Onun sözlərinə görə, bunu edənlər ola bilsin, martın 1-dən minimum əməkhaqqının 50 manat artırılması, pensiyaların minimum həddinin artırılması ilə bağlayırlar:

“Guya əlavə pul kütlələri meydana çıxacaq. Ancaq maaş və pensiyaların artmasının bununla bağlılığı yoxdur. Qiymətlər o vaxt qalxar ki, xaricdən alınıb gətirilən mallar, o cümlədən taxıl valyuta ilə alındığı halda ölkəyə gətiriləndə manat dəyərini dəyişsin, yəni ucuzlaşsın və xaricdən alınıb gətirilən malların qiyməti artsın. Bu gün manat sabitdir. Bu mənada əgər hansısa işbaz qiymət artımına yol verirsə, demək, bu, spekulyativ xarakter daşıyır. Yəni, kimlərsə yaranmış vəziyyətdən istifadə edib , bunu bəhanə edərək pul qazanmaq istəyir”.

F.Yusifov müvafiq dövlət qurumlarının belə hallara rast gəlinəcəyi halda çox ciddi tədbirlər görməsinin vacibliyini bildirib:

“Belə hallar yol vermək olmaz. Kimlərinsə yaranmış vəziyyətdən istifadə etməsi mümkündür. Ona görə bir daha qeyd etmək istərdim ki, bu, əsassız addımdır. Minimum əməkhaqqının və pensiyaların minimum həddinin artırılmasından istifadə edib qiymət artırmaq heç bir adı olmayan hərəkətdir. Kimsə bu cür hallara yol verirsə, qanunvericiliyə uyğun olaraq ciddi şəkildə cəzalandırılmalıdır. Başqa yol yoxdur”.


Müəllif: Səxavət

Oxşar xəbərlər