14 Mart 2019 19:39
942
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 15-də Azərbaycanla İran arasında yeni layihəyə start veriləcək. Hacıqabul Sənaye Məhəlləsində “Scania” markalı avtobusların istehsalının başlanması üçün müvafiq sənəd imzalanacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev martın 14-də Bakıda keçirilən Azərbaycan-İran biznes-forumunda bildirib.

İki ölkə arasında əlaqələrin dinamik inkişaf etdiyini deyən nazir nəqliyyat, sənaye, turizm və kənd təsərrüfatı sahələrində əməkdaşlığımızın regional əhəmiyyətə malik olduğunu vurğulayıb.

Azərbaycan və İran sahibkarlarının kənd təsərrüfatı məhsullarının emalı sahəsində əməkdaşlığının perspektivlərindən söz açan nazir İranın bu sahədə zəngin təcrübəsindən istifadə ediləcəyini söyləyib.

Ş.Mustafayev İranla sənaye parklarının yaradılması istiqamətində də birgə əməkdaşlığın mümkünlüyünü diqqətə çatdırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər