Bu ilin yanvar-fevral aylarında Azərbaycandan 4 096,56 min ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər ixrac edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) Teleqraf.com-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 483,75 min dollar və yaxud 2,5 dəfə çoxdur.
Bu ilin iki ayında içki ixracı ümumi ixracın 0,13%-ni təşkil edib.
Hesabat dövründə Azərbaycana idxal edilmiş alkoqollu və alkoqolsuz içkilər, sirkənin dəyəri isə 9 955,19 min dollar olub. Bu isə bir il əvvələ nisbətən 2 198,18 min dollar və yaxud 28,34% çoxdur.
Qeyd edək ki, Azərbaycanın 2 aylıq ticarət dövriyyəsinin 3,152 mlrd. dolları ixracın, 2,166 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 42,6%, idxal isə 49,2% artıb.