Azərbaycan neftinin qiyməti aprelin 1-də 70,82 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,08 dollar/barel çoxdur.
Teleqraf.com xəbər verir ki, Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 70,16 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,09 dollar/barel çoxdur.