5 Aprel 2019 19:43
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 6-dan “Diqlas” ticarət mərkəzində yanmamış anbarlarda malların inventarlaşmasına başlanılacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

“Malların uçotu aparılandan və ziyanın dəqiq məbləği müəyyənləşəndən sonra sahibkarlara ödəniləcək maddi yardımın məbləği də tam müəyyənləşdiriləcək. Sahibkarlar şəhərin müxtəlif yerlərindəki ticarət mərkəzlərində yerləşdirilmək üçün təkliflər alıblar. Onların müraciəti əsasında Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kreditlər veriləcək”, - deyə Ş.Mustafayev qeyd edib.


Müəllif: Teleqraf.com