9 Aprel 2019 16:13
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 1-nə İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditlərinin həcmi 1,2 milyard manatı keçib, 26 mindən çox ailə ipoteka krediti hesabına mənzil şəraitinin yaxşılaşdırılmasına nail olub.

Fonddan Teleqraf.com-a bildirilib ki, bu kreditlərin 380,3 milyon manatdan çox hissəsini (7854 ədəd) güzəştli kateqoriyalara aid şəxslərə verilmiş ipoteka kreditləri təşkil edib. Ümumilikdə, 2006-2019-cu illərdə (2019-cu il aprelin 1-dək) fondun vəsaiti hesabına verilən ipoteka kreditlərindən faydalananların 67,9 faizini gənclər və gənc ailələr təşkil edib, kreditlərin 19,5 faizi isə regionlarda verilib.

2017-ci ildə fondun xətti ilə 3109 nəfər ailəyə 203 milyon manat məbləğində, ötən ildə 3960 ailəyə 273 milyon manatlıq ipoteka krediti verilib. Cari ilin yanvar-mart aylarında isə 796 ailə ipoteka kreditləri vasitəsilə (52,4 milyon manat) mənzil əldə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər