Türkiyənin nəqliyyat və infrastruktur naziri Cahid Turxan 150 yük vaqonunun hazırda Bakı-Tbilisi-Qars dəmiryolu xəttində yük daşıdığını açıqlayıb.
Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, nazir Azərbaycan və Türkiyənin birgə Azərbaycanda zavod açıb yük vaqonlarının ortaq istehsalının planlaşdırıldığını bildirib.
Onun sözlərinə görə, birgə istehsal olunan vaqonlar Bakı-Tbilisi-Qars dəmiryolu xəttində işlədiləcək.