Artıq vətəndaşlar təkcə banklardan deyil, "Azərpoçt"dan da kredit ala biləcəklər. Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.
Onun sözlərinə görə, vətəndaşlara kreditlərin verilməsi Mərkəzi bankın tövsiyələri əsasında həyata keçirəcək: “İlkin müddət üçün böyük məbləğ ayrılmır, çünki bu, pilot layihəsidir. Əgər layihə effekt versə, gələcəkdə kreditin məbləğini genişləndirəcəyik. Ən əsası burada böyük risklərə yol verə bilmərik”.
Vətəndaşlara təklif olunması nəzərdə tutulan kreditin faiz dərəcələri banklardan fəqrlənəcək.
İlhamə