7 May 2019 11:03
1 222
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə Ali Seçki Komissiyasının (YSK) İstanbulda seçki nəticələrini ləğv etməsi qardaş ölkənin iqtisadiyyatına təsirsiz ötüşməyəcək”.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Türkiyə lirəsinin dollara nisbətən məzənnəsində azalmaların davam edəcəyi proqnozlaşdırılır:

“Seçki tərəfləri arasındakı münasibətlər gərginləşərsə bu halda yaxın zamanlarda Türkiyə pulu “1 dollar 7 lirə” məzənnəsinədək ucuzlaşa bilər. Gözlənilir ki, son qərardan sonra qardaş ölkədə dollara tələb kəskin artacaq.

Yalnız investorlar deyil, eyni zamanda əhalinin də xarici valyuta alışının çoxalacağı gözlənilir. Son qərar valyuta bazarına həmçinin psixoloji təsir göstərir ki, bu da lirəni ucuzlaşdırır”.

Qeyd edək ki, Türkiyə Ali Seçki Komissiyasının qərarı ilə martın 31-də keçirilmiş bələdiyyə seçkilərinin İstanbul üçün nəticələri ləğv edilib. Komissiya iyunun 23-nə yenidən seçki elan edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər