Yanvar-avqust aylarında Azərbaycanın enerji sistemində 15,1 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib. Bu barədə Trend "Azərenerji" ASC-yə istinadən məlumat verir.
Ötən ilin eyni dövründə bu göstərici 14,3 milyard kilovat-saatdan artıq olub.
Məlumata əsasən, avqustda ASC-nin elektrik stansiyaları tərəfindən 2 milyard kilovat-saatdan artıq elektrik enerjisi istehsal olunub ki, ötən ilin analoji dövründə bu göstəricisi 1,7 milyard kilovat-saat olub.
"Azərenerji" ASC Azərbaycanda elektrik enerjisinin əsas istehsalçısıdır.