Gəncədə və "Qırmızı Körpü" gömrük postunda yeni logistika mərkəzlərinin yaradılması planlaşdırılır.
Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycan tranzit yükdaşımaları üzrə Əlaqələndirmə Şurasının katibi Rüfət Bayramov Bakıda keçirilən "Nəqliyyat, tranzit və logistika" 18-ci beynəlxalq Xəzər sərgisi çərçivəsindəki konfrans zamanı deyib.
O, Azərbaycanda mövcud logistika mərkəzlərinin vacibliyini vurğulayıb və əlavə edib ki, gələcəkdə bu mərkəzlərin sayı artırılacaq:
"Ölkədə hər regiona uyğun tranzit və logistika mərkəzləri yaradılacaq. Məsələn, Ələtdə artıq azad iqtisadi zona yaradılır".