Ukrayna Azərbaycan neftini almaq niyyətindədir.
Teleqraf.com-un unian.net-ə istinadən verdiyi xəbərə görə, bu barədə Bakıda keçirilə brifingdə Ukraynanın energetika naziri Yuri Prodan danışıb. O bildirib ki, bu məsələ ilə bağlı iki ölkə arasında müzakirələr aparılır.
Nazir qeyd edib ki, Ukrayna Azərbaycan ilə enerji sahəsində tərəfdaşlıq münasibətlərini gələcəkdə də davam etdirmək niyyətindədir. Y.Prodanın sözlərinə görə, qarşılıq tərəfdaşlıq məsələlərin müzakirəsi üçün Azərbaycanın energetika naziri Natiq Əliyev ilə görüş planlaşdırılıb. Görüş zamanı tərəflər arasında Azərbaycandan Ukraynaya neft nəqli ilə bağlı məsələlər də müzakirə olunacaq. Bundan başqa, birgə layihələrin reallaşdırılması haqqında danışıqlar aparılacaq.
Samir