Qarabağ atçılıq kompleksi ildə 25-dək at ixrac etməyi planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Qarabağ atçılıq zavodu” MMC məlumat yayıb.
Əsas idxalatçılar Almaniya, Fransa və Böyük Britaniya kimi Qərbi Avropa ölkələri olacaq.
Müəssisənin direktoru Maarif Hüseynov bildirib ki, hazırda müəssisədə 245 baş Qarabağ atı var.
O əlavə edib ki, Qarabağ atlarının sayının artması təbii xarakter daşıyır və illik 50 baş təşkil edir. Hazırda Qarabağ atları ixrac olunmur.
Qeyd edək ki, Qarabağ atçılıq kompleksi 1994-cü ildən Ağcabədi rayonunun Xamtorpaq kəndində fəaliyyət göstərir.