16 İyul 2019 09:52
971
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,05 ABŞ dolları və yaxud 0,07% artıb.

Teleqraf.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 68,75 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

***

08:05

Azərbaycan neftinin son qiyməti 68,7 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,13 dollar/barel azdır.

Teleqraf.com xəbər verir ki, Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 67,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,14 dollar/barel azdır.


Müəllif: Teleqraf.com