“Bu ilin sonuna Azərbaycanda inflyasiyanın 4±2% olacağı proqnozlaşdırılır”.
Bunu keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, hazırda ölkədə faktiki inflyasiya rəhbərlik etdiyi qurumun hədəfindən aşağıdır.
“İyun ayında aparılmış sorğu nəticəsində məlum olub ki, əhalinin cəmi 2,3%-i inflyasiya tempinin yüksələcəyini gözləyir. Bu, mart ayına nisbətən 10 faiz bəndi azdır”, - baş bankir əlavə edib./report/