1 Avqust 2019 08:44
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Aksiz dərəcələrinin aşağı salınması ilə bağlı dəyişikliklər haqqında rəsmi qurumlar açıqlama verməlidir”.

Bunu Teleqraf.com-a iqtisadçı İlham Şaban deyib.

İqtisadçının sözlərinə görə, qanunlarda hər hansı dəyişiklik və ya əlavələr olunursa, bu barədə mütləq rəsmi qurumlar ictimaiyyətə açıqlama verməlidirlər. Əgər belə olarsa cəmiyyət üçün daha əlçatan və anlaşıqlı olar.

İqtisadçı Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə etdiyi dəyişikliyə belə aydınlıq gətirib:

“”SOCAR Polymer”in ötən və cari illərdə iki zavodu istifadəyə verilib. Ancaq bir sıra obyektiv səbəblərdən bu zavodları kimya sənayesində istehsal edilən məhsullar ilə tam təmin etmək mümkün olmayıb. Bu da Heydər Əliyev adına Neftayırma zavodunun moderinizasiya (müasirləşmə) məsələsinin 2021-ci ilin 2-ci yarımilinə qədər uzadılması ilə əlaqədardır.Nəticədə kimyəvi komponentlərin kimya komplekslərinə verilməsi məsələsində problem yaradıb. Buna görə də, Azərbaycan Dövlət Neft Şirkəti Rusiyadan kimyəvi məhsullar idxal etmək arzusundadır. Mövcud qaydalara görə yüksək qiymətlərlə başlanan idxal istehsal edilən kimya məhsullarının rəqabətə davamlılığını aşağı salır. Bu baxımdan dəyişikliyin olması müsbət anlamdadır”.

Ekspert həmçinin, aksiz dərəcələrinin düşməsinin məhsulların maya qiymətlərinə təsirindən də danışıb. Bildirib ki, adətən maya dəyəri rəsmi qurumlar tərəfindən açıqlanmır. Bu səbəbdən də konkret bir qiymət demək gülünc olardı.


Müəllif: İmamət İsmayılova