5 Avqust 2019 23:27
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatı, maliyyə fəaliyyəti haqqında hesabatının auditinin nəticələrini özündə əks etdirən illik hesabatı hazırlanıb.

Fonddan Teleqraf.com-a verilən məlumata görə, ARDNF-nin 2018-ci il üzrə hesabatının dizaynı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.

Hesabatda 100 il ərzində (1918-2018) Azərbaycanda həyata keçirilmiş ilklərə dair məlumatlar (Şərqdə ilk demokratik respublikanın qurulması, qadınlara səsvermə hüququnun verilməsi, Şərqdə ilk konservatoriyanın açılması, ilk dəniz platformasının tikintisi, Birinci Avropa oyunlarının keçirilməsi) öz əksini tapıb.


Müəllif: Teleqraf.com