8 Avqust 2019 16:48
1 630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alyaskanın qərbindəki Şişmaryev körfəzində SSRİ dövründə suya atılan və içində ismarıc olan şüşə butulka aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, tapıntı barədə özünün “Feysbuk” səhifəsində amerikalı Tayler İvanoff məlumat yayıb.

İsmarıc 20 iyun 1969-cu ildə rus dilində yazılıb. Müəllif alıcını ürəkdən salamlayır və bildirir ki, Uzaq Şərq Donanmasının “Sulak” üzən bazasında xidmət edir. Qeydi tapan şəxsdən Vladivostokdakı gəminin ekipajına məlumat verməyi xahiş edir.

Məktubun sonunda deyilir: “Sizə cansağlığı, uzun ömür və xoşbəxt üzmək diləyirik”.

“Sulak” üzən bazası 1966-cı ildə Yaponiyanın İokoqame limanında inşa olunub. Baza 1992-ci ildə istismardan çıxarılıb və metalloloma göndərilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər