12 Avqust 2019 19:39
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya investisiya korporasiyası (DEG) Azərbaycan iqtisadiyyatının artmaqda olan müxtəlif sahələrində portfelini genişləndirməyi planlaşdırır.

Bu barədə DEG-dən bildiriblər.

Korporasiyadakı mənbə deyib: "DEG Azərbaycanda 2000-ci illərdən fəaliyyət göstərir və yerli maliyyə, istehsal sahələrinə sərmayələri maliyyələşdirir. Hazırda DEG ölkə iqtisadiyyatının artmaqda olan müxtəlif sahələrində, o cümlədən ticarət və xidmətlər sektorunda portfelini genişləndirməyə çalışır. Bir misal qeyd edək: biz "Araz" supermarketlər şəbəkəsinə 5 milyon avro dəyərində uzunmüddətli kredit veririk. "Araz" bu vəsaitlə Bakıdan şimalda mərkəzi paylayıcı məntəqəsinin tikintisini həyata keçirəcək, eləcə də anbarlarının həcmini 12 600 kvadrat metrdən 42 600 kvadrat metrə çatdıracaq. Həmçinin orada təzə və dondurulmuş məhsul saxlamaq üçün soyuducular, çörəkbişirmə sexləri yaratmağı planlaşdırırlar. Beləliklə, onlar Azərbaycanda tezliklə müxtləf məhsulların geniş çeşidini təqdim edəcəklər".

Korporasiyadan həmçinin qeyd ediblər ki, DEG inkişaf etməkdə olan bazarlarda sahibkarlar üçün maliyyələşmə məsələlərində təcrübəli tərəfdaşdır:

"Ənənəvi olaraq DEG maliyyə müəssisələrində, korporativ və layihə maliyyələşməsində böyük təcrübəyə malikdir. Korporasiya həmçinin yerli müəssisələrin Almaniya bazarına daxil olmasında və Almaniya investorlarının ölkədə fəallığının təmin edilməsində dəstəyini göstərir".


Müəllif: Mənbə/Trend