5 Sentyabr 2019 11:22
1 058
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın dünya bazarına çıxararaq satdığı neft də bahalaşıb. "Azeri LT CIF" markalı neftin qiyməti 3,1 ABŞ dolları və yaxud 5,1% artıb.

Teleqraf.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 63,95 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

***

09:27

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 4,09% artaraq 1 barelə görə 60,64 dollar təşkil edib.

Teleqraf.com-un məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında oktyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 4,32% artaraq 56,27 dollar təşkil edib.


Müəllif: Teleqraf.com