Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.
Teleqraf.com xəbər verir ki, sentyabrın 9-da qızılın qiyməti sentyabrın 6-ı ilə müqayisədə 15,64 manat azalaraq 1 unsiya üçün 2566,5155 manat təşkil edib.
Gümüş 0,8491 manat ucuzlaşaraq 1 unsiya üçün 301676657 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 9,554 manat artaraq 1618,383 manat, palladiumun qiyməti 24,599 manat azalaraq 2614,6 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.