3 Oktyabr 2019 19:43
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Ukraynanın vacib strateji tərəfdaşıdır".

Bunu "Report"a açıqlamasında Ukraynanın yeni təyin olunmuş İqtisadi İnkişaf, Ticarət və Kənd Təsərrüfatı naziri Timofey Milovanov deyib.

Onun sözlərinə görə, Azərbaycan Ukraynanın Zaqafqaziya regionundakı tərəfdaşları arasında xüsusi yer tutur: "Bu həm ölkələrimiz arasında səmərəli iqtisadi əlaqələrin inkişaf etdirilməsi üzrə çoxillik tarixi təcrübəylə, həm də bütün sahələrdə əməkdaşlığın gələcək inkişafı üçün mövcud potensialla izah olunur. Orta perspektiv üçün əsas vəzifə ikitərəfli ticarəti artırmaq məqsədilə biznes aparmaq üçün rahat şərait yaratmaqdır".

T.Milovanov qeyd edib ki, Ukrayna və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 2018-ci ildə 6,8% artıb və 824,7 milyon dollar təşkil edib: "O cümlədən ixracat 1,5% artımla 360,03 milyon dollar, idxal isə 11,3% artımla 464,67 milyon dollar olub".

"2019-cu ilin ilk 7 ayı ərzində ikitərəfli ticarətin həcmi 5% azalaraq 451,79 milyon dollar təşkil edib. Bunun 222,78 milyon dolları (14,7% artım) ixracın, 229,01 milyon dolları (18,6% azalma) isə idxalın payına düşüb", - T.Milovanov bildirib.


Müəllif: Teleqraf.com