10 Oktyabr 2019 00:55
1 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Tekirdağ şəhərinin Kapaklı rayonunda, Türkiyə Neftləri Anonim Ortaqlığı Şirkətinə aid Kazak gölü ərazisində təbii qaz hasilatına başlanıb.

Teleqraf.com xəbər verir ki, bu ərazidə təbii qazın əldə edilməsi istiqamətində aparılan işlərin nəticəsi olaraq bölgədə ilk təbii qaz alovu görünüb.

Bu barədə məlumat verən Kapaklı Bələdiyyəsinin sədri Mustafa Çetin Kazak bu istiqamətdə rayonun üç bölgəsində işlərin davam etdirildiyini bildirib.


Müəllif: Teleqraf.com