16 Oktyabr 2019 00:25
505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Azərbaycanda 2,7%-lik, 2020-ci ildə isə 2,1%-lik iqtisadi inkişaf olacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) yayımladığı “Global Economic Outlook” hesabatının oktyabr sayında qeyd edilib.

Hesabata görə, ötən il ÜDM artımı 1% civarında olsa da, 2024-cü ildə 2,4%-ə bərabər olacaq.

İstehlak qiymətlərinə gəldikdə isə IMF hesab edir ki, Azərbaycanda bu il 2,8%-lik, 2020-ci ildə isə 3%-lik, 2024-cü ildə isə 3%-lik inflyasiya qeydə alınacaq. Ötən il isə bu rəqəm 2,3%-ə bərabər olub.

IMF həmçinin cari hesab balansı və işsizliklə bağlı proqnozlarını da açıqlayıb. Belə ki, 2018-2020-ci illərdə işsizlik səviyyəsi dəyişməyərək 5%-ə səviyyəsində qeyd olunub.

Cari hesab balansı isə 2018-ci ildə 12,9% olduğu halda, bu il 9,7%, 2020-ci ildə 10%-ə, 2024-cü ildə isə 7,6%-ə bərabər olacaq.


Müəllif: Teleqraf.com