24 Oktyabr 2019 13:22
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yeni struktur üçün mühüm addımlardan biri də məhz Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvülüyünün tezləşdirilməsi olmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Azərbaycan bu təşkilatla 1997-ci ildən danışıqlar aparır:

“22 ildir danışıqlar gedir, amma nəticə yoxdur. Dəfələrlə ÜTT üzvülüyünün vacibliyini qeyd etmişik və ekonometrik qiymətləndirmə əsasında hökumətə təkliflər təqdim etmişik.

Hesab edirəm ki, Azərbaycan ÜTT-ə üzv olmasa qeyri-neft məhsullarımızın yeni bazarlara kütləvi çıxışı və eləcə də neftdən kənar sektora böyük məbləğdə sərmayə cəlb etmək də çətin olacaq. ÜTT şəffaflıq və azad rəqabət deməkdir. Aqrar və xidmət sektoruna neqativ təsirləri ilə bağlı deyilənlər isə sadəcə prosesi uzatmaq məqsədi daşıyırdı.

19 ildir bu təşkilata üzv olan Gürcüstanda bəyəm aqrar və bank sektoru məhv oldumu? Əksinə, Azərbaycan Gürcüstandan kənd təsərrüfatı məhsulları idxal edir və vətəndaşlarımızın bir hissəsi özlərinə Tiflisdə bank hesabı açıblar.

Buna görə də, yeni təyinatlardan sonra bu məsələdə də yeni yanaşma nümayiş etdirilməsi çox vacibdir. MDB-də yalnız üç ölkə ÜTT-ə üzv deyil: Azərbaycan, Belarus və Türkmənistan”.


Müəllif: Mənsur Rəğbətoğlu