5 Noyabr 2019 23:42
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 4-də 67,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,27 dollar/barel çoxdur.

Teleqraf.com xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,27 dollar/barel artıqdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 61,64 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,25 dollar/barel çoxdur.


Müəllif: Teleqraf.com