1 Dekabr 2019 14:33
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vyetnamın "Binh Son Refining and Petrochemical Co" dövlət neft emalı və neft-kimya şirkəti Azərbaycan Dövlət Neft Şirkəti ilə (SOCAR) saziş imzalayıb.

Teleqraf.com xəbər verir ki, sazişə əsasən, "SOCAR Trading" Vyetnamın "Dung Quat" neft emalı zavoduna beş milyon barrel neft tədarük edəcək.

Proses 2020-ci ilin birinci yarısında baş tutacaq.

Vyetnam şirkəti bildirib ki, 2020-ci ildən Azərbaycan nefti ölkənin strateji neft məhsullarından biri olacaq.


Müəllif: Teleqraf.com