9 Dekabr 2019 00:13
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Valyuta Fondu (BVF) Ukrayna ilə 5,5 milyard dollarlıq yeni kredit proqramı barədə razılığa gəlib.

Teleqraf.com xəbər verir ki, bunu BVF-nin rəhbəri Kristalina Georqiyeva deyib.

K.Georqiyeva bildirib ki, onla Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

O qeyd edib ki, BVF və Ukrayna hakimiyyəti 3 illik kredit razılaşmasının əsasını təşkil edəcək siyasət haqqında razılaşıblar: "Bu müqavilənin BVF rəhbərliyi və idarə heyəti tərəfindən təsdiqlənməsi lazımdır".


Müəllif: Teleqraf.com