11 Dekabr 2019 19:43
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanla Rusiya arasındakı münasibətlərdə iqtisadi əməkdaşlıq öncül əhəmiyyətə malikdir".

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan – Rusiya İşgüzar Şurasının Bakıda keçirilən iclasında İdarə Heyətinin sədri Səməd Qurbanov bildirib.

S.Qurbanov həmin əməkdaşlığın inkişafında, iki ölkə arasında ticarət dövriyyəsinin artmasında Şuranın fəaliyyətinin əhəmiyyətini qeyd edib.

“Bu il Azərbaycan – Rusiya İşgüzar Şurasının altı iclasını keçirmişik, üzvlərin sayı artıb. Bu gün 145 şirkət və təşkilat Şuranın üzvüdür. Gələn ilin əvvəlində Şuranın yeni tərkibdə ilk iclasını keçirəcəyik”, – Şuranın sədri bildirib.

Onun sözlərinə görə, həmçinin Azərbaycan – Rusiya İşgüzar Şurasının Turizm Komissiyasının da iclası gələn ilin əvvəllərində keçiriləcək.


Müəllif: Teleqraf.com