21 Sentyabr 2014 10:28
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran qarşılıqlı əlaqələrin səviyyəsini yüksəltmək üçün Bakı-Ənzəli dəniz sərnişin reysinin təkrar işə salınmasına hazırdır.

Trend-in məlumatına görə, bunu cümə günü Ənzəli azad ticarət-sənaye zonası təşkilatının rəhbəri Rza Masrur Rəşt şəhərində azərbaycanlı jurnalistlər qarşısında çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu reysin bərpa olunması müxtəlif sahələrdə, o cümlədən turizm sahəsində İran və Azərbaycan arasında əlaqələrin genişlənməsinə səbəb olacaq.

R.Masrur, həmçinin Azərbaycan səhmdarlarını Ənzəli azad iqtisadi zonasına vəsait yatırmağa çağırıb və əlavə edib ki, İran bu zonaya investisiya yatıran Azərbaycan iş adamlarına vergi güzəştləri təklif edir.
O, qeyd edib ki, mülkiyyət sahəsində Azərbaycan səhmdarları üçün heç bir məhdudiyyət yoxdur: "100 faizlik xarici mülkiyyət imkanı səhmdarlar üçün bu zonanın üstünlüyüdür".

R.Masrur bildirib ki, zonada istehsalatın qurulması üçün gətirilən xammal və texnika üzrə heç bir vergi və yığım yoxdur: "Səhmdarlar istədikləri vaxt kapitallarını zonadan çıxara biləcəklər".

İqtisadi zonadakı azərbaycanlı səhmdarlar haqqında sualı cavablandıran iranlı məmur vurğulayıb ki, hazırda onlar, əsasən, zonanın sənaye sektorunda fəaldırlar, lakin bəzi azərbaycanlılar da ticarət sahəsində iranlı biznesmenlərlə əməkdaşlıq edirlər.

R.Masrurun sözlərinə görə, Ənzəli iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycanın iqtisadi potensialını öyrənmək məqsədilə noyabrda Bakıya səfər etməyi planlaşdırır.

Qeyd edək ki, Ənzəli azad iqtisadi zonası Xəzər dənizinin cənubunda yerləşir.


Müəllif:

Oxşar xəbərlər