İcazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi (İSN) tərəfindən yaradılmış www.icazeler.gov.az portalının xidmətlərindən avqust ayında 5500-dən çox, indiyədək isə 290 mindən artıq internet istifadəçisi yararlanıb.
İSN-nin mətbuat xidmətindən teleqraf.com-a verilən məlumata görə, avqust ayında portalın xidmətlərindən yerli istifadəçilərlə yanaşı, xarici ölkələrdən, o cümlədən ABŞ, Almaniya, Rusiya, Ukrayna, Gürcüstan, Türkiyə, Qazaxıstan və bir sıra digər ölkələrdən olan çox sayda istifadəçilər də istifadə ediblər.
Qeyd edək ki, sahibkarların məlumatlılıq səviyyəsini artırmaq, qanunvericilik aktlarının hazırlanması prosesində onların yaxından iştirakını təmin etmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik aktlarının layihələri icazələrin elektron informasiya portalında yerləşdirilir. İndiyədək 18 dövlət qurumunun 140 qanunvericilik aktlarının layihəsi ictimai müzakirə üçün icazələrin elektron informasiya portalında yerləşdirilib.
Naibə