24 Dekabr 2019 13:09
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baltik dənizi üzrindən Rusiya qazını Almaniyaya çatdıracaq “Şimal Axını-2” boru xəttini inşa edən İsveçrənin “Allseas” şirkəti inşaat işlərini dayandırdığını bəyan edib.

Teleqraf.com xəbər verir ki, buna səbəb ABŞ-ın “Şimal Axını-2” layihəsinə sanksiyalar tətbiq etməsidir.

Məlumata görə, şirkət heç bir səbəb göstərmədən gəmilərini Baltik dənizindən çəkib. Bu addım ABŞ-ın sanksiyalarından sonra vəziyyətə aydınlıq gətirilməsinə qədər önləyici tədbir kimi yozulur.


Müəllif: Cavad