28 Dekabr 2019 21:14
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy rayonunun Goran qəsəbəsinin qazlaşdırılması işləri başa çatdırılıb. Bununla da, 2019-cu ildə qaz çəkilişi nəzərdə tutulan sonuncu yaşayış məntəqəsinə qaz verilib.

Dövlət proqramı əsasında icra olunan işlərin yekunu olaraq qəsəbədə 109 fərdi yaşayış evi mavi yanacaqla təmin edilib.

"Azəriqaz" İstehsalat Birliyindən Teleqraf.com-a verilən məlumata görə, ümumilikdə 8607 m uzunluğunda müxtəlif diametrli daşıyıcı qaz xətləri çəkilib və evlərə 109 ədəd sayğac quraşdırılıb. Goran qəsəbəsinin qazlaşdırılması üçün yeni qaz paylayıcı məntəqə də istifadəyə verilib.

Qeyd edək ki, 2019-cu ildə respublikanın regionlarda 61 yaşayış məntəqəsinin və 31 yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulurdu. Qazlaşma proqramı 14 227 fərdi yaşayış evini əhatə edib. Bakı şəhəri üzrə 2019-cu ildə 1-ci mərhələdə 22 yeni yaşayış massivinin qazlaşdırılması planlaşdırılıb.

Proqrama 4607 fərdi yaşayış evi daxildir. Həmin massivlərdən 6-da qazlaşma işləri tamamlanaraq təbii qaz verilişi həyata keçirilib. Digər massivlərdə işlər 2020-ci ilin 1-ci rübündə tamamlanacaq. Beləliklə, ölkə üzrə əhali sektorunun qazlaşma səviyyəsi 96%-ə çatıb.


Müəllif: Teleqraf.com