29 Dekabr 2019 01:55
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli iş adamları cəbhə bölgəsinə sərmayə qoyacaqlar. Bunun üçün artıq layihə hazırlanıb.

Teleqraf.com xəbər verir ki, bunu Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Quzanlı qəsəbəsində keçirilən bayram tədbirində iştirak edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə müsahibəsində deyib.

Səfir bildirib ki, Ağdam rayonunda sənaye məhəlləsi yaradılacaq. İşlərə yaxın vaxtlarda başlanılması nəzərdə tutulur. Türkiyəli iş adamları Ağdamın iqtisadi həyatına töhfə verəcəklər.


Müəllif: Teleqraf.com