23 Sentyabr 2014 12:46
1 259
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tullamore D.E.W.” irland viskisinin sahibi və viski istehsalçısı olan “William Grant and Sons” müstəqil şotland ailə müəssisəsi İrlandiyanın Tallamor şəhərində (Offali qraflığı) dəyəri 35 mln. avro təşkil edən yeni və ultramüasir viski zavodu açıb.

Teleqraf.com-un məlumatına görə, “Tullamore Distillery” 100 il ərzində İrlandiyada tikintisi sıfırdan başlayan ilk zavoddur və “William Grant and Sons” tərəfindən həyata keçirilən ən iri layihələrdən biridir. Zavod 58 akr ərazidə (234 717,67 kv. metr) yerləşir və illik istehsal gücü 1,5 mln. yeşik “Tullamore D.E.W.” viskisi istehsal edə biləcək. Yeni zavodun tikintisi hazırda dünyada ikinci ən iri irland viskisi istehsalçısı olan “Tullamore D.E.W.” viskisinə dünyada artan tələbatı ödəyəcək. “Tullamore D.E.W.” Azərbaycanda 2014-cü ildən etibarən təqdim olunur.

“Biz “Tullamor Distillery” zavodunun açılışını qeyd etməyə şadıq. Bu yeni zavod bizim gələcək istehsalat tələbatımızı yüzilliyin sonunadək ödəyəcək, belə ki, irland viskisi üçün yeni fəsil başlayır. Tullamor şəhərində viski istehsalına 185 il bundan öncə başlanılıb. Bizim məqsədimiz – brendin qurulması və uzunmüddətli investisiyalardır”, - deyə S. Devid bildirib.

Öz növbəsində S. Koveni bildirib ki, İrlandiya viskisi ölkənin ərzaq sənayesinin parlaq ulduzudur və dünya bazarında sürətlə artan bir məhsuldur: “Bu gün mən bizə etimad edib 10 il müddətinə 1 milyard avro sərmayə yatıran şirkətlərə təşəkkürümü bildirirəm”.

Zavodun brend direktoru Kaspar MakRay isə deyib ki, “Tullamore D.E.W.” viskisinin uğuru onun çevikliyi, nikbinliyi və tərəqqisinə əsaslanır: “Həmin o keyfiyyətlərə ki, bu gün “Tullamore Distillery” zavodunun inşasına gətirib çıxarıb. Zavodun inşasını dünya üzrə bizim bazarlarda səbirsizliklə gözləyirdilər Mərkəzi Avropa, Skandinaviya, Şimali Amerikadan olan istehlakçılarımız, Cənubi Afrika, Ukrayna, Belarus, Gürcüstan və Azərbaycan kimi inkişaf edən bazarlar isə “Tullamore D.E.W.”ın və irland viskisinin uğurlarını diqqətlə izləyirlər”.

“Tullamore Distillery” zavodu “William Grant and Sons” şirkətinin aparıcı yeniliklərin və texnologiyaların tətbiqi ilə alkoqolun çəkilməsi sahəsində 127 illik təcrübəyə malikdir. Müəssisənin istehsal sahəsinə D. Devenni başçılıq edir. Tullamor viski zavodu keçmişi əks etdirən 4 ədəd əllə işlənən mis kublardan, 34 min litr gücündə bişirmək üçün 6 evdən və 100 min çəllək saxlamaq üçün anbardan ibarətdir.

“Tulamore D.E.W.” 2014-cü ildə məhdud sayda butulka istehsal edib ki, şüşənin üzərində “Phoenix Single Batch Tullamore D.E.W.” eksklüziv ifadə əks olunub. Bu, 1785-ci ildə hava şarının partlayışı nəticəsində şəhərin dağılmasından sonra bərpasının şərəfinədir, Tallamor zavodunun atributları – möhkəmlik, nikbinlik və tərəqqinin simvoludur.

“Tullamore D.E.W.” – dünyada istehsal həcminə görə sayca ikinci ən böyük İrlandiya viski markasıdır – 2005-ci ildən 850 min yeşik (hərəsi 9 litr). “Tullamore” üçqat distillə olunmuş viskidir, 3 növ İrlandiya viskisinin kombinasiyasının – taxıl, səməni və gücləndiricinin – qarışığıdır.

Naibə


Müəllif: