13 Yanvar 2020 22:56
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

"2019-cu ildə Azərbaycanda inflyasiyanın səviyyəsi 2,6% təşkil edib ki, bu da MDB məkanında ən aşağı hədlərdən biridir".

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunları ilə bağlı keçirilmiş müşavirədə deyib.

"Ondan əvvəlki ilin də aşağı inflyasiya səviyyəsini nəzərə alsaq, son 2 ildə qiymət artımı cəmi 2,1% təşkil edib. Buna olduqca mürəkkəb şəraitdə nail olunub. Ötən il Azərbaycanda böyük məbləğdə sosial paketlər, kreditlərin restrukturizasiyası həyata keçirilib, üstəlik dünyada ərzaq qiymətləri 12% artıb. Azərbaycan iqtisadiyyatı da dünya iqtisadiyyatı ilə əlaqəlidir, bu cür şəraitdə pul kütləsi 24% artırılıb, buna baxmayaraq aşağı inflyasiya əldə edilib.

Sorğular göstərir ki, Azərbaycan əhalisinin inflyasiya gözləntiləri, manatın məzənnəsinin dəyişməsi ilə bağlı gözləntiləri olduqca aşağıdır və bu da gələcəkdə inflyasiyanı idarə etmək üçün çox mühüm amillərdən biridir", - deyə o, qeyd edib.


Müəllif: Teleqraf.com