26 Yanvar 2020 12:42
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz artaraq 21 milyard 259,6 milyon manat təşkil edib.

Teleqraf.com xəbər verir ki, bu dövrdə büdcədən 20 milyard 175,3 milyon manat və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz çox vəsait xərclənib, büdcənin icrasında 1 milyard 084,3 milyon manatlıq (ümumi daxili məhsulun 1,5 faizi qədər) profisit yaranıb.

Daxilolmaların 21,90 faizi əlavə dəyər vergisi, 11,27 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 5,60 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 3,90 faizi fiziki şəxslərin gəlir vergisi, 3,84 faizi aksizlər, 1,56 faizi sadələşdirilmiş vergi, 2,22 faizi vergilərin digər növləri, 49,71 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.
Büdcə vəsaitlərinin 31,47 faizi iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 13,10 faizi təhsil və səhiyyə, 10,59 faizi sosial müdafiə və sosial təminat sahələrinin, 44,84 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər