25 Fevral 2020 21:13
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci ilin yanvarında Azərbaycandan Türkiyəyə 54 788 turist səfər edib ki, bu da 2019-cu ilin yanvarı ilə müqayisədə 16,83 faiz çoxdur.

Bu barədə Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildirilib.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 3,07 faiz təşkil edib.

2020-ci ilin yanvarında Türkiyəyə 1,787 milyon turist səfər edib ki, bu da ötən ilin yanvarı ilə müqayisədə 16,11 faiz çoxdur.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycandan Türkiyəyə 901 723 turist səfər edib ki, bu da 2018-ci illə müqayisədə 5,03 faiz çox olub. Bu dövr ərzində Türkiyəyə gələn xarici vətəndaşların ümumi sayında Azərbaycan vətəndaşlarının payı 2 faiz təşkil edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər