26 Sentyabr 2014 21:25
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avronun məzənnəsi son iki il ərzində ilk dəfə olaraq 1,28 dollar səviyyəsindən aşağı enib.

İnvestorları bir tərəfdən Almaniyanın zəif göstəriciləri narahat edir. Belə ki, işgüzar etimadın göstəricisi ilyarım geriyə adlayıb. Digər tərəfdən, Avropa Mərkəzi Bankı rəhbərlərinin şərhləri treyderlərdə tənzimləyicinin pul siyasətinin daha aktiv yumşaldılmasına ümidlər oyadır.

Avrozona mərkəzi bankları rəhbərlərinin Vilnüs konfransı ərəfəsində Avropa Mərkəzi Bankının prezidenti Mario Draghi bəyan edib ki, siyasi gərginlik region iqtisadiyyatının bərpası üçün riskləri artırır. Bu səbəbdən Avropa Mərkəzi Bankı miqdar yumşaldılması da daxil olmaqla, qeyri-ənənəvi alətlərdən istifadə edə bilər.
/AzərTAc/


Müəllif: