9 Mart 2020 09:56
1 951
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftə Rusiya və Qazaxıstan Neft İxrac Edən ölkələr Birliyinin hasilatı azaltmaq təklifini qəbul etmədikdən sonra Səudiyyə Ərəbistanı hasilatı artıraraq qiymət müharibəsinə başladığını elan etdi.

Bu gün beynəlxalq bazarlar açılan kimi neft qiymətləri son 29 ildə görünməmiş şəkildə düşüb.

Brent nefti qısa müddətdə 31% ucuzlaşaraq bareli 31,31 dollara, ABŞ xam nefti də (WTI) 31% ucuzlaşaraq bareli 27,43 dollara düşüb (Bakı vaxtı ilə saat 03:31-ə olan məlumat). Bu, 1991-dəki Körfəz müharibəsindən bu yana ən kəskin ucuzlamadır.

Qısa müddətdə Brent neftinin qiyməti 30 dollar səviyyələrini də görüb. Qiymətlərdə çox sürətli dəyişikliklər baş verir.

Qeyd edək ki, 2015-ci ildə neftin qiyməti 40 dollardan aşağı düşdükdə Azərbaycan Mərkəzi Bankı devalvasiyaya getmişdi.

Ötən həftənin cümə günü Neft İxrac edən Ölkələr Təşkilatı (OPEK) və təşkilata üzv olmayan bəzi xam neft istehsal edən ölkələrin yığıncağından sonra Brent neftin barelinin qiyməti təxminən 10% geriləyərək 45 dollara qədər düşmüşdü.

OPEC və OPEC-ə üzv olmayan ölkələrin yığıncağında istehsalın əlavə azaldılması qərarı qəbul olunmadı. Belə bir vəziyyət qlobal bazarda təklif artıqlığı riski yaradıb, eyni zamanda, Çində ortaya çıxan yeni növ koronavirus (Kovid-19) dünya daxilində xam neftə tələbə mənfi təsir edir. Hər iki vəziyyət neft qiymətlərinin düşməsinə səbəb olur.

Rusiya ilə OPEC+ İttifaqı razılaşmadıqdan sonra Səudiyyə Ərəbistanı qiymət müharibəsi elan edib. Krallıq Avropa, Uzaq Şərq və Birləşmiş Ştatlara görünməmiş endirimlər təklif edir. Səudiyyə Ərəbistanı istehsalını rekord səviyyələrə qədər qaldıra biləcəyini açıqlayıb.

Neftin bu il 20 dollaradək düşə biləcəyi xəbərdarlıqları edilib.

İlin əvvəlindən bəri neft təxminən 50% ucuzlaşıb. /Marja/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər